Nur.gen.tr
Bismillah hər xeyrin başıdır.
Səhifə(1-46):


Kiçik Sözlər


Bismillâhir rahmânir rahîm. Və bihî nəstəînü əlhəmdu lillâhi rabbil âləmînə vəssalâtw vəssəlâmu alâ səyyidinâ muhammədin və alâ âlihî və sahbihî ə`cmaîn.
Rahman və Rahim olan Allahın adıyla başlar və ancaq Ondan yardım istərik. Əzəldən əbədə hər cür həmd və tərif, mədh və şükür, Aləmlərin Rəbbi olan Allaha məxsusdur. Əfəndimiz Muhamməd Əleyhissalatü Vəssəlam ilə ailəsinə və səhabələrinə səlat və səlam olsun.
Ey qardaş! Məndən bir neçə nəsihət istədin. Sən bir əsgər olduğun üçün, əsgərlik təmsilləriylə, səkkiz kiçik hekayələrlə bir neçə həqiqəti nəfsimlə bərabər sən də dinlə. Çünkü mən nəfsimi hərkəsdən daha çox nəsihətə möhtac görürəm. Bir vaxtlar səkkiz ayətdən istifadə etdiyim Səkkiz Sözü biraz uzunca nəfsimə demişdim. İndi qısaca və avam diliylə nəfsimə deyəcəyəm, kim istərsə bərabər dinləsin.
 | 
Pharmaceutical Track & Trace System İlaç Takip Sistemi